Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Hüquq mədəniyyətinin formalaşmasında gənclərin rolu” mövzusunda tədbir keçirildi

05 iyun 2026 | 12:28

Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayon Gənclər və İdman Sektorunun və Goranboy gənclər evinin birgə təşkilatçılığı, Uşaq və Ailələrə Dəstək Mərkəzinin  iştirakçılığı ilə Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “18 may-18 iyun - İnsan Hüquqları Aylığı” çərçivəsində “Huquq mədəniyyətinin formalaşmasında gənclərin rolu” mövzusunda tədbir keçirildi. Tədbirdə hüquqi dövlət quruculuğunda vətəndaşların, xüsusilə də gənclərin üzərinə düşən hüquq və vəzifələrin qarşılıqlı əlaqəsindən, qanunlara hörmətin və hüquqi davranış normalarına əməl edilməsinin əhəmiyyətindən bəhs edilərək yüksək hüquq mədəniyyətinə malik gəncliyin formalaşdırılması cəmiyyətin davamlı inkişafı, insan hüquqlarının etibarlı müdafiəsi və demokratik dəyərlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli rol oynadığı bildirildi.

 

Keçidlər