Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Himayədar ailə institutunun formalaşdırılması” mövzusunda tədbir keçirildi

23 sentyabr 2026 | 11:42

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin iştirakı ilə 16 sentyabr 2026-cı il tarixində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci bəndində qeyd olunmuş Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi məqsədilə “Himayədar ailə institutunun formalaşdırılması” adlı tədbir keçirildi. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd valideyin himayəsindən və qayğısında məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, onların cəmiyyətə inteqrasiyası,  atalar və qızları arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şərait yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasıdır.

Keçidlər