Goranboyda, “Heydər Əliyevin Xocalı soyqırımına siyasi qiymət verilməsində tarixi rolu” mövzusunda konfrans keçirildi.
25 fevral 2023 | 10:21
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayonda davam etdirilən silsilə tədbirlər çərçivəsində, Goranboy şəhəri 1 nömrəli tam orta məktəbinin akt zalında, rayon İcra Hakimiyyəti və Goranboy-Naftalan rayonu üzrə Təhsil Sektoru əməkdaşlarının, bir qrup ziyalı və ictimai fəalların birgə iştirakı ilə “Heydər Əliyevin Xocalı soyqırımına siyasi qiymət verilməsində tarixi rolu” mövzusunda konfrans keçirildi.