Goranboyda “Heydər Əliyevin gələcəyə hesablanmış uğurlu gənclər siyasəti” mövzusunda konfrans keçirildi.
21 fevral 2023 | 17:40
“2023-cü il-Heydər Əliyev İli” ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, rayonda silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində, YAP rayon təşkilatının inzibati binasında rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı, bir qrup Vətən Müharibəsi qaziləri və fəal gənclərin iştirakı ilə “Heydər Əliyevin gələcəyə hesablanmış uğurlu gənclər siyasəti” mövzusunda konfrans keçirildi.