Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanlarla bağlı, tədbir keçirildi.

19 mart 2024 | 15:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir.  Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib.  Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə Goranboy rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova və 44 günlük Vətən Müharibəsi şəhidi Orxan Namazovun anası Nailə Məmmədova  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif edilmişlər. İcra başçısı Məhərrəm Quliyev tədbirdə çıxış edərək bildirmişdir ki, Bugünki qalib Azərbaycan Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsinə geniş imkanlar yaratmışdır. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında, Prezident  cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.  Təltif olunanlar da öz növbəsində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini bildirdillər.

 

Keçidlər