Goranboyda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz.” mövzusunda elmi-praktik konfrans keçirildi.
Goranboyda “15 İyun – Milli Qurtuluş Günü” ilə bağlı keçirilən ümumrayon tədbirləri çərçivəsində, Goranboy rayon Mərkəzi Xəstəxanasının akt zalında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz.” mövusunda elmi-praktik konfrans keçirildi. Konfransda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini və icra hakimiyyətinin digər məsul əməkdaşları, YAP rayon fəalları, rayon Mərkəzi Xəstəxanası-Publik Hüquqi Şəxsin direktoru, tibb işçiləri, rayonda xidmət göstərən dövlət və ictimai təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak etdilər. Tədbirdə çıxış edən natiqlər Müstəqil Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunması ilə bağlı misilsiz xidmətləri barədə danışdılar.