Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirildi.

10 aprel 2023 | 17:51

Goranboyda, “2023-cü il – Heydər Əliyevin 100 illik yubileyi” ilə əlaqədar, “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda, İcra Başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Anar Məmmədov, Emin Hacıyev və Əliabbas Salahzadə iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra tədbir  Olimpiya İdman Kompleksinin akt zalında davam etdirildi. Konfransdan öncə, Ümummilli Liderin mənalı ömür yoluna və dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş rəsm  və kitab sərgisi nümayiş etdirildi,  videoçarx izlənildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, deputatlar Ziyad Səmədzadə, Anar Məmmədov,  Emin Hacıyev və  RİH yanında ictimai şuranın sədri Gündüz Hacıyev Ümummilli Liderin öz xalqına həsr olunmuş mənalı ömür yolundan, fenomen şəxsiyyət və Ümummilli Lider kimi xilaskarlıq missiyasından, azərbaycançılıq ideologiyasından və dövlət idarəçiliyi ənənələrindən, şəhid, Milli Qəhrəmanın həyat yoldaşı Rübabə İsmayılova isə Ümummilli Liderimizlə görüşü ilə bağlı unudulmaz xatirələrindən  danışdılar. Sonda, xatirə şəkli çəkdirildi.

Keçidlər