Goranboyda “Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur.” mövzusunda elmi-praktik konfrans keçirildi.
14 iyun 2022 | 11:45
Goranboyda “15 İyun – Milli Qurtuluş Günü” ilə bağlı keçirilən ümumrayon tədbirləri çərçivəsində, Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur.” mövusunda elmi-praktik konfrans keçirildi. Konfransda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini və icra hakimiyyətinin digər məsul əməkdaşları, YAP rayon fəalları, rayonda xidmət göstərən dövlət və ictimai təşkilatların rəhbərləri, ziyalılar və gənclər iştirak etdilər. Tədbirdə çıxış edən natiqlər Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının dahi oğlu Ümummilli Liderimiz Heydər Əliyevin xalqına həsr olunmuş mənalı ömür yolu barədə danışdılar.