Goranboyda "Heydər Əliyev ili" ilə bağlı, “Sağlam həyat" layihəsi çərçivəsində festival təşkil olundu.
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Gənclər Parkında, "Heydər Əliyev İli" münasibəti ilə "Sağlam həyat" layihəsi çərçivəsində festival təşkil olundu. Tədbirin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclər arasında dostluq və yoldaşlıq əlaqələrinin qurulması və idmanın kütləviliyini artırmaqdır. Festival çərçivəsində, yerindən uzunluğa tullanma, topla qaçış, qum kisəsi ilə qaçış, ağırlıqqaldırma, turnikdə dartınma, top çiləmə, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması, şahmat, qarın əzələlərinin möhkəmləndirilməsi üzrə müvafiq normativləri yerinə yetirən 116 nəfər iştirakçıya sertifikatlar təqdim edildi.