Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Heydər Əliyev İli" çərçivəsində "Zəfər Günü"nə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında intellektual bilik yarışı üzrə rayon birinciliyinin final mərhələsi keçirildi.

04 noyabr 2023 | 09:52

Goranboy rayon İcra Hakimiyyətinin  "Zəfər Günü"nə həsr olunmuş tədbirlər planına əsasən, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə Goranboy - Naftalan rayonları üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət komandalar arasında Nə? Harada? Nə zaman? formatında intellektual bilik yarışması üzrə rayon birinciliyinin final mərhələsi keçirildi. Goranboy Olimpiya İdman Kompleksində təşkil edilmiş final mərhələsində 16 komanda olmaqla 80 nəfər məktəbli gənc iştirak etdi.

 

Keçidlər