Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Heydər Əliyev ili” çərçivəsində, Şəhid övladlarının iştirakı ilə Yeni il şənliyi təşkil olundu.

29 dekabr 2023 | 12:30

Goranboyda “Heydər Əliyev ili”  ilə bağlı keçirilən tədbirlər çərçivəsində, Goranboy RİH və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Şəhid övladlarının iştirakı  ilə Yeni il şənliyi təşkil olundu. Tədbirdə, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev də iştirak etdi. Tədbirdə çıxış edən İcra Başçısı, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışdı və şəhid övladlarını bayram münasibəti ilə təbrik etdi. Tədbirdə, uşaqların zövqünü oxşayan əyləncəli-musiqili proqram nümayiş etdirildi,  Şəhid övladlarına yeni il hədiyyələri təqdim edildi.

 

Keçidlər