Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Heydər Əliyev ili” çərçivəsində, Şəhid Hüseyn Nəsibovun xatirəsinə Cüdo yarışı keçirildi.

12 dekabr 2023 | 10:49

Goranboy rayon Olimpiya İdman Kompleksində “Heydər Əliyev ili” çərçivəsində, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Cüdo Federasiyasının və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatşılığı ilə, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən şəhid Nəsibov Hüseyn Əfqan oğlunun əziz xatirəsinə həsr olunmuş Cüdo üzrə açıq rayon birinciliyi keçirildi. Yarışda, 17 şəhər və rayondan  350-ə yaxın idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə apardılar. Tədbirdə, Goranboy RİH-nin və digər aidiyyəti təşkilatların əməkdaşları, Şəhid ailələri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Öncə,  Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İki yaş qrupu üzrə iştirak edən oğlan və qız idmançıların hər çəki dərəcəsi üzrə I, II, III yer tutmuş qalibləri diplom, medal və kuboklarla mükafatlandırıldılar.

Keçidlər