Goranboyda “Heydər Əliyev: “bu soyqırım bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.” mövzusunda konfrans keçirildi.
10 fevral 2023 | 10:23
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, rayonda silsilə tədbirlərin keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı Goranboy şəhəri Yeni Yaşayış Massivində “Heydər Əliyev: “bu soyqırım bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir“ “ mövzusunda konfrans keçirildi. Konfransda, Goranboy və Xocalı rayonları İcra Hakimiyyətlərinin məsul əməkdaşları, Xocalı faciəsinin bir qrup canlı şahidləri, Goranboy və Xocalı rayonlarından olan bir qrup fəallar iştirak etdilər.