Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Heydər Əliyev Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin inkişafına misilsiz töhfələr vermişdir.” mövzusunda elmi-praktik konfrans keçirildi.

05 iyun 2023 | 15:14

Goranboyda “05 İyun-su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə  tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, YAP rayon təşkilatının sədri, rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya qurumlarının rəhbərləri, əməkdaşları və  bir qrup ictimai fəallar iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Sonra, “Heydər Əliyev Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin inkişafına misilsiz töhfələr vermişdir.”  mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirin sonunda,  peşə fəaliyyətində fərqlənən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

Bildiririk ki, MDB ölkələri arasında ilk dəfə olaraq,  müstəqil Azərbaycanda 1996-cı il iyunun 5-də Ümummilli Lidet Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanun imzalanıb. Prezident cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında və regionların sosial-iqtisadi inkişafında rolunu nəzərə alaraq, iyunun 5-inin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli  Sərəncam imzalayıb.

Keçidlər