Goranboyda hərbi hissədə bayram tədbiri keçirildi.
Goranboyda hərbi hissədə bayram tədbiri keçirildi.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2023-cü il-Yeni ilin gəlişi münasibəti ilə Goranboy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə bayram tədbiri keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, bir qrup şəhid ailəsi, qazi və ictimai fəallar iştirak etdilər.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən Şanlı 44 günlük Vətən Müharibəsinin Azərbaycan tarixinin ən qürurlu və qızıl səlnaməsi olduğunu qeyd edən İcra Başçısı Məhərrəm Quliyev çıxışında, hazırda azad edilmiş torpaqlarımızda əsaslı və genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin aparıldığını bildirdi. İcra Başçısı vurğuladı ki, Azərbaycan Prezidentinin Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində qeyd etdiyi kimi, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası ilə insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılır. Ən müasir səviyyədə inşa olunmuş Füzuli və Laçın Beynəlxalq Hava Limanları regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Qarabağın bütün şəhərləri, qəsəbələri və kəndləri yaxın gələcəkdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə abadlaşacaq və yenidən gözəl bir diyara çevriləcək. Məhz cənab Prezidentimiz tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi də mənəvi baxımdan çox əlamətdar idi. Ağıllı şəhər, ağıllı kənd lahiyəsi çərçivəsində və şəxsən cənab Prezidentin tapşırığı və nəzarəti ilə Qarabağda hər bir vətəndaşımız üçün yüksək səviyyədə şəraitin yaradılması üçün ölkəmiz, dövlətimiz səfərbər olub. Biz əminik ki, hazırda Qarabağa ayrılan dövlət diqqəti Qarabağda həyata keçirilən böyük quruculuq işləri Azərbaycanın tarixən dilbər güşəsi adını qazanan bu torpaqların yenidən cənnətə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Qarabağımız qurulur, qurulacaq. Qarabağ Azərbaycanın olub və hər zaman da Azərbaycanın olacaq!.
Tədbir çərçivəsində, rayonun incəsənət nümayəndələrinin ifasında bayram konserti təqdim edildi.