Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda günəbaxan becərilən təsərrüfata baxış keçirildi

25 iyun 2026 | 16:04

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Baxçakürd kəndində fermer Məmmədov Arzu Papır oğluna məxsus günəbaxan əkin sahəsində oldu. Rayon rəhbəri təsərrüfatda aparılan işlərlə yerində tanış olaraq əkin sahələrinin mövcud vəziyyəti, məhsuldarlıq göstəriciləri, texnika təminatı, suvarma imkanları və həyata keçirilən aqrotexniki tədbirlər barədə ətraflı məlumat aldı. Məhərrəm Quliyev sahəyə baxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət kənd təsərrüfatının bütün sahələrində dinamik inkişafın təmin olunmasına şərait yaratdığını bildirərək kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji əhəmiyyət daşıyan sahələrindən biri olmaqla yanaşı, əhalinin ərzaq təminatında, regionların sosial-iqtisadi inkişafında və məşğulluğun artırılmasında mühüm rol oynadığını vurğuladı Sonda fermer Məmmədov Arzu Papır oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

Keçidlər