Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda güclü küləyin yaratdığı fəsadlar aradan qaldırıldı.

09 oktyabr 2024 | 09:38

Goranboy rayonu ərazisində 08.10.2024-cü il tarixində, saat 19:30-dan əsən güclü küləyin təsirindən 5 yaşayış məntəqəsi üzrə (Borsunlu, Balakürd, Boluslu Məşədiqaralar və Eyvazlılar kəndləri) 1587 abonentin elektrik enerjisi ilə təchizatda fasilə yaranmış, Goran-Naftalan-Tap Qaraqoyunlu-Talış avtomobil yolunun Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində ağacın yola yıxılması avtomobillərin hərəkətinə maneçilik yaratmışdır. Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, dərhal ərazidə olmuş, aidiyyəti xidmət sahələrinin müvafiq texnikaları və işçi qüvvələri əraziyə cəlb edilməklə, baş vermiş fəsadlar aradan qaldırılmış, elektrik enerjisinin təhcizatı və avtomobil yolunda hərəkət bərpa olunmuşdur.

Keçidlər