Goranboyda güclü külək fəsadlara səbəb oldu.
21 iyun 2024 | 14:23
20.06.2024-cü il tarixində, axşam saatlarında əsən güclü gülək səbəbindən Goranboy rayonunun 85 yaşayış məntəqəsi üzrə 22514 abonentin elektrik enerjisi və rabitə ilə təchizatında fasilələr yaranmış, bir neçə fərdi yaşayış, bina evləri və yardımçı tikililərin dam örtüklərinə, şəxsi avtomobillərə ziyan dəymişdir. Bununla bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq ərazilərdə olmuş, baş vermiş fəsadların aradan qaldırılnması istiqamətlərində, aidiyyəti xidmət sahələri ilə birgə, əməli tədbirlər görülmüşdür. Hazırda, elektrik enerjisi və rabitə ilə təchizatın bərpası üzrə tədbirlər davam etdirilir.