Goranboyda görkəmli Azərbaycan yazıçısı İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunmuş “Gecə keçir” adlı ədəbi-bədii gecə keçirildi.
Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində Goranboy rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə İsmayıl Qarayevin yaşadığı evin həyətində, açıq havada yazıçının həyat və yaradıcılığına həsr olunmuş “Gecə keçir” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakmiyyəti başçısı Məhərrəm Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Gənclər şurasının sədri Fərid Hüseyn, Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev İsmayıl Qarayevin zəngin həyat yolu və ədəbi fəaliyyətindən bəhs edib. 44 günlük tarixi, şanlı müharibədə Qəhrəman Goranboyluların göstəridiyi şücaətdən və bir yumruq kimi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında dəyanətlə, sıx birləşdiyindən bəhs edən icra başçısı, hətta keçmiş təmas xətti olan Tap Qaraqoyunlu kənd sakinlərinin də şiddətli döyüşlər zamanı öz evlərini tərk etməməsinin böyük vətənpərvəlik nümunəsi olduğunu qeyd etdi. Gecədə iştirak edən şəxslər görkəmli yazıçı, SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox əsərlərin, hekayə, felyeton, novella, oçerk, şeir, poema və povestlərin müəllifi İsmayıl Qarayevin həyat və yaradıçılığı haqqında düşüncələrini bölüşüblər. Musiqili kompazisyalarla davam edən tədbir, qonaqların xatirə imzalama mərasimi ilə başa çatdı.