Goranboyda "Goranboy 2026-Gənclər Paytaxtı" Tədbirlər Planı çərçivəsində "GİNius Qürur Rəngləri” adlı kvest oyunu keçirildi
08 oktyabr 2026 | 10:10
Goranboy rayon İcra Hakimiyyətinin iştirakı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Goranboy rayon Olimpiya İdman Kompleksində “9 Noyabr – Dövlət Bayrağı Günü”nə həsr olunmuş "GİNius Qürur Rəngləri” adlı kvest oyunu keçirildi. Kvest oyunu çərçivəsində gənclər müxtəlif maraqlı və dinamik mərhələlərdə iştirak edərək strateji düşünmə, çeviklik, komanda işi və milli dəyərlər istiqamətində bilik və bacarıqlarını inkişaf etdiriblər.








