Goranboyda “Goranboy 2026-Gənclər Paytaxtı" layihəsi çərçivəsində "Qəhrəmanlarla bir gün" adlı tədbir keçirildi
Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər evinin birgə təşkilatçılığı, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətən uğrunda şücaət göstərmiş qəhrəmanların döyüş yolunun gənc nəslə çatdırılması və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi məqsədilə “Qəhrəmanlarla Bir Gün” adlı tədbir keçirildi. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhid və qazilərimizin Vətən qarşısında göstərdikləri fədakarlıqdan bəhs etdilər. Gənclərin dövlətçilik ənənələrinə sadiq ruhda yetişməsinin və qəhrəmanlarımızın həyat yolunu örnək götürməsinin vacibliyi diqqətə çatdırıldı. Gənclərlə səmimi söhbət şəraitində davam edən görüşdə vətənpərvərliyin, milli birliyin və dövlətə sədaqətin əhəmiyyəti vurğulandı.








