Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirildi.

28 noyabr 2023 | 13:03

Goranboy rayon İcra Hakimiyyəti və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Səfikürd kənd Mədəniyyət evində kənd sakinlərinin iştirakı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə  zorakılığa qarşı ilk növbədə ailələrdə və orta məktəblərdə maariflənmə işinin aparılması,  valideynlərin məktəb psixoloqları ilə əlaqəli işləməsinin vacibliyi qeyd edildi. Sonda tədbir iştirakçılarına gender zorakılığı mövzusunda bülletenlər paylanıldı.

Keçidlər