Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Gender əsaslı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

18 avqust 2026 | 16:45

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Goranboy Rayon Polis Şöbəsi və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” nun 2026-cı il üçün iş planına uyğun olaraq “Gender əsaslı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, zorakılıq qurbanlarının müdafiəsi, onlara çevik dəstəyin göstərilməsi mexanizmləri, zəruri hallarda mühafizə orderlərinin verilməsi, zorakılığa məruz qalmış şəxslərin təhlükəsizliyinin təmin edilməsi və onların sığınacaqlara yerləşdirilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi. Maarifləndirici tədbir çərçivəsində gender bərabərliyinin təmin edilməsi, zorakılığın bütün formalarının qarşısının alınması və bu sahədə ictimai məlumatlılığın artırılmasının vacibliyi vurğulandı.

Keçidlər