Goranboyda “Gender əsaslı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” nun 2025-ci il üçün iş planına uyğun olaraq “Gender əsaslı mübarizə” mövzusunda, rayon İcra Hakimiyyətinin inzibati binasında maarifləndirici tədbir keçirildi. Tədbirdə Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya, rayon Polis şöbəsi və İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklər iştirak etdi. Zorakılığa məruz qalmış şəxslərə yardım, mövcud qanunvericilik aktlarının həyata keçirilməsi ilə bağlı çıxışlar olundu. “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının qanununun tələblərini rəhbər tutaraq, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsi diqqətə çatdırıldı və yerli İcra Nümayəndəliklərinə ərazidə Gender zorakılığının aşkarlanması zamanı Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya və rayon Polis şöbəsinə məlumat verilməsi diqqətə çatdırıldı.








