Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir keçirildi.

30 may 2024 | 10:17

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Gəncə bölgəsi üzrə şöbəsinin iştirakı ilə “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda Balakürd kənd Mədəniyyət evində Balakürd kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edən natiqlər radikalizm və ekstremizm bəlasının aktual mövzulardan biri olduğu vurğulayaraq, gənclərin bu kimi təhlükələrdən kənar saxlanmasında maarifləndirmə metodunun mühümlüyü qeyd edildi. Adət və ənənələrimizin qorunub yaşadılması və bu istiqamətdə gənclərin tərbiyyə edilməsinin, xüsusilə, intellektli gəncliyin formalaşmasında təhsil amilinin rolunun əhəmiyyəti vurğulandı.

Keçidlər