Goranboyda Gənclər Günü ilə bağlı ümumrayon tədbiri keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, Goranboy və Naftalan rayonları üzrə Təhsil sektorunun rəhbərliyinin, bir qrup rayon ziyalılarının və gənclərinin iştirakı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Goranboy rayonu Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də 44 günlük Şanlı Vətən müharibəsində gənclərimizin-Şəhid və qazilərimizin fədakarlığını vurğuladı. Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu xidmətlərinə görə Goranboy rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırıldı.