Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Gələcəyimizi qoruyaq!” adlı ekoloji aksiya keçirildi

11 sentyabr 2026 | 12:00

Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq” ili çərçivəsində “Gələcəyimizi qoruyaq!” adlı ekoloji aksiya keçirildi.
Əsas məqsədinin ətraf mühitin qorunmasına diqqətin artırılması, ekoloji maarifləndirmənin gücləndirilməsi, təbiətə qayğıkeş münasibətin təşviqi və gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının dəstəklənməsi olduğu aksiya çərçivəsində Goranboy Gənclər Parkının ərazisi gənclərin iştirakı ilə alaq otlarından və plastik tullantılardan təmizlənərək, parkın müəyyən ərazilərinə dekorativ güllər əkildi.

Keçidlər