Goranboyda gecə saatlarında baş verən güclü külək və leysan yağışı bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin təchizatında fasilələr yaratmışdır.
12 iyun 2024 | 09:08
Bildiririk ki, gecə saatlarında əsən güclü gülək və yağan leysan yağışları nəticəsində, Goranboy rayonunun 17 yaşayış məntəqəsi üzrə 5816 abonentin elektrik enerjisi ilə təchizatında fasilələr yaranmışdır. Bununla bağlı, RİH yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq, ərazilərdə olmuş, mövcus vəziyyəti nəzarətdə saxlamışdır. Hazırda yaşayış məntəqələrində elektrik enerjisinin təhcizatının bərpa olunması ilə bağlı, əməli tədbirlər davam etdirilir.