Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda futbol çempionatında birinci yerin qalibi müəyyənləşdi

18 avqust 2025 | 10:58

Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən, "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş və 19 futbol komandansının iştirakı ilə start götürülmüş futbol çempionatının final oyunu Goranboy rayon Olimpiya İdman Kompleksində keçirildi. Finala yüksələn Goranboy rayonunun Qızılhacılı qəsəbə və Alpout kənd futbol komandaları arasında keçirilən oyunda, Alpout komandası qalib gələrək birinci yeri qazandı. Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov komandalara Goranboy rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanlarını təqdim etdi.

Keçidlər