Goranboyda fəaliyyət göstərən Gilan&Knaufun məhsulları xarici bazarlara da ixrac olunur.
Goranboy rayon İcra Hakimiyyətnin başçısı Məhərrəm Quliyev Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən Gilan&Knauf MMC-nin fəaliyyəti ilə yerində tanış oldu. Əsasən gips inşaat piltələri və profil istehsal edən, 192 nəfərin işlə təmin olunduğu müəssisə yeni nəsil texnologiya ilə təchiz olunmaqla, Almaniyanın peşəkar mexanizm istehsalçıları tərəfindən quraşdırılıb və onlar tərəfindən servis xidməti həyata keçirilir. Bundan başqa işçilər təcrübələrini artırmaq üçün Türkiyə.Ukraina, Rusiya və Azərbaycanda müntəzəm təlimlər keçirlər. Qablaşdırma məhsulları, o cümlədən palet, kalsit və digər məhsullar Azərbaycan istehsalçılarından əldə olunur. Gilan istehsal etdiyi tikinti materiallarını daxili bazarla yanaşı xarici bazarlara da çıxarır.