Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə həsr olunmuş tədbir keçirildi

17 sentyabr 2026 | 11:21

Goranboy Rayon İcra Hakimiyyətinin və Gəncə Regional Qaz İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsinin birgə iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə və Ulu Öndər Heydər Əliyevin Azərbaycanın neft strategiyasının formalaşmasında göstərdiyi misilsiz xidmətlərə həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edənlər “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın müstəqil dövlət kimi iqtisadi inkişafında, beynəlxalq mövqelərinin möhkəmləndirilməsində və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğuladılar. Qeyd olundu ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin nəticəsi olaraq Azərbaycanın dünya enerji bazarına inteqrasiyasının əsasını qoyub. Bu tarixi saziş ölkəmizə xarici investisiyaların cəlb olunmasına, iqtisadi potensialının gücləndirilməsinə və yeni inkişaf perspektivlərinin yaranmasına geniş imkanlar açıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin enerji siyasətinin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirildiyi diqqətə çatdırıldı.

Keçidlər