Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda əsas turizm marşurutları üzrə yolkənarı ərazilərin abadlaşdırılması və ağac əkininə hazırlıq işləri davam etdirilir.

14 oktyabr 2024 | 17:00

Goranboy rayonununda əsas turizm marşurutları üzrə yolkənarı ərazilərin abadlaşdırılması və obyektlərdə müasir arxitektur üslubda  təmir-bərpa işlərinin aparılması  ilə bağlı, rayon İcra Hakimiyyəti tərəfindən əməli tədbirlər davam etdirilir. Bu məqsədlə, Bakı-Qazax və Goran-Naftalan-Tap Qaraqoyunlu-Talış yolunun kənarlarında olan sahibkarlıq obyektləri və fərdi yaşayış evlərində müvafiq layihəyə uyğun abadlıq quruculuq işləri aparılır, bütün yolboyu ərazilər təmizlənir, ağac əkini ilə bağlı hazırlıq işləri görülür, çuxurlar qazılır, münbit  torpaq və təbii gübrə daşınır. Yolkənarı ərazilərdə ümumilikdə, 10 mindən çox müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulub.

Keçidlər