Goranboyda əsas turizm marşurutları üzrə yolkənarı ərazilərin abadlaşdırılması ilə bağlı, rayon İcra Hakimiyyəti tərəfindən görülən əsaslı və genişmiqyaslı işlər zövq oxşayır
Goranboy rayonununda əsas turizm marşurutları üzrə yolkənarı ərazilərin abadlaşdırılması, sahihkarlıq və qeyri-sahibkarlıq obyektlərində, fərdi yaşayış evlərində müasir arxitektur üslubda həyata keçirilən əsaslı və genişmiqyaslı təmir-bərpa, abadlıq və quruculuq işləri sakinlərin və rayonumuza gələn qonaqların zövqünü oxşayır. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bir qrup məsul şəxslərlə birgə, Tap Qaraqoyunlu və Tap kəndləri ərazisində həyata keçirilən əsaslı və genişmiqyaslı abadlıq və quruculuq işləri ilə yerində tanış oldu. İcra Başçısı kənd sakinləri ilə də görüşdü, səmimi söhbət etdi, onların müraciətlərini dinlədi. Kənd sakinləri aparılan bu yüksək və zövqoxşayan abadlıq, quruculuq işlərinə görə, olkə rəhbəri, Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.