Goranboyda əsas turizm marşurutları üzrə yolkənarı ərazilərin abadlaşdırılması ilə bağlı, rayon İcra Hakimiyyəti tərəfindən görülən əsaslı və genişmiqyaslı işlər davam etdirilir.
Goranboy rayonununda əsas turizm marşurutları üzrə yolkənarı ərazilərin abadlaşdırılması, sahihkarlıq və qeyri-sahibkarlıq obyektlərində, fərdi yaşayış evlərində müasir arxitektur üslubda təmir-bərpa işlərinin aparılması ilə bağlı, rayon İcra Hakimiyyəti tərəfindən əməli tədbirlər davam etdirilir. Bu məqsədlə, hazırda Goran-Tap Qaraqoyunlu-Talış avtomobil yolunun Tap Qaraqoyunlu və Tap kəndləri ərazisində əsaslı və genişmiqyaslı işlər görülür. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti məsul şəxslərlə birgə, Tap Qaraqoyunlu və Tap kəndlərində aparılan işlərlə yaxından tanış oldu, işlərin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə lazımi tapşırıq və tövsiyələrini bildirdi.