Goranboyda “Erkən nikahın fəsadları” adlı layihə çərçivəsində 2 günlük seminar keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə uşaq evliliyi və onun fəsadlarından bəhs edən, eyni zamanda bu istiqamətdə yeniyetmə qızlar və onların valideynləri arasında maarifləndirmə işinin aparılması məqsədilə “Erkən nikahın fəsadları” adlı layihə çərçivəsində Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində 2 günlük seminar keçirildi. Seminarda rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Rauf Behbudzadə, İctimai Birliyin sədri Nailə İsmayılova, Goranboy UADM-in direktoru Sənəm Alxasova, Qeydiyyat Şöbəsinin aparıcı mütəxəssisi Fərid Qurbanlı, mərkəzin əməkdaşları, məktəb psixoloqları, müəllimlər, analar və gənc qızlar iştirak etdilər.