Goranboyda əmək yarmarkası təşkil olundu.
05 iyun 2023 | 11:16
Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının və Goranboy rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə Goranboy şəhəri Olimpiya İdman Kompleksində 20 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirilidi. Əmək yarmarkasında Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının direktoru Elməddin Qurbanov, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri və işaxtaran vətəndaşlar iştirak etdilər. Yarmarka çərçivəsində, ümumilikdə 170 nəfər iştirak etdi və işlə təmin olunmaları üçün müraciət edən 100 nəfərin müvafiq sənədləri qəbul olunaraq, qeydiyyata alındı.