Goranboyda Əmək bazarı üzrə 2022-ci ilin göstəriciləri
Müasir dövrdə ölkənin iqtisadi cəhətdən gücünün artırılması və dövlət iqtisadi siyasətinin aparıcı parçası olaraq, əhalinin əsas götürülməsi, vətəndaşların yaşam standartlarının inkişaf etdirilməsi, beynəlxalq normalara çatdırılması, əmək potensialından maksimum dərəcədə istifadə etməklə dövlətin sosial-iqtisadi siyasi xəttinə lazımi fayda vermək, bu sahədə gənc vətəndaşların zehni və fiziki əmək bacarığından yetəri qədər istifadə etmək ölkənin uğurlu siyasi kursunun fəaliyyət planına daxil olan məsələlərdən biridir.
Əmək bazarı dedikdə işçi qüvvəsinə tələb və təklifin məcmusu başa düşülür, həmçinin iş yerlərinin dinamikası; artıb azalması, dəyişməsi, iş yeri və iqtisadi cəhətdən fəal hesab olunan insanların sahə, ərazi, demoqrafik və peşə-ixtisas cəhətdən təsərrüfat sahələrinə uyğun olaraq yerləşməsi hesab olunur.
2023-cü ilin yanvarın 1-i vəziyyətinə rayonun iqtisadi və sosial sahələrində muzdla çalışan işçilərin sayı 12802 nəfər təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin sayı 8581 nəfər, özəl müəssisələrdə isə 4221 nəfər olmuşdur.
2023-cü ilin yanvarın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilə nisbətən 2 dəfə çox 547,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 514,6 manat, özəl müəssisələrdə isə 614,8 manat olmuşdur.
Ən yüksək orta aylıq nominal əməkhaqqı maliyyə və sığorta fəaliyyətində, tikintidə, dövlət idarəetməsi və müdafiə; sosial təminat və elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində qeydə alınmışdır.