Goranboyda əlilliyi olan uşaqlarla Novruz bayramı şənliyi keçirildi.
27 mart 2025 | 12:08
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin "Novruz bayramı münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili" lahiyəsi çərçivəsində, Goranboy rayonunda tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin və Sosial Xidmətlər Agentliyinin məsul əməkdaşları, ictimai fəallar, əlilliyi müəyyən edilmiş uşaqlar və onların valideyinləri iştirak etdilər. Tədbirdə mədəniyyət işçilərinin ifasında bədii proqram nümayiş etdirildi, uşaqlara bayram hədiyyələri təqdim edildi.