Goranboyda elektrik təsərrüfatının yenilənməsi ilə bağlı işlər aparılır.
25 iyul 2023 | 09:35
Goranboyda elektrik təsərrüfatının yenilənməsi ilə bağlı işlər aparılır. Hazırda, "Azərişıq" ASC-nin Goranboy rayon Elektrik Şəbəkəsi tərəfindən Nərimanlı və Zeynallı kəndlərində yeni transformatorlar və işıq dirəkləri qoyulur, naqillər çəkilir. Ümumilikdə,1960-cı illərdə qurulmuş rayonun elektrik təsərrüfatı müasir tələblərə cavab vermir, hətta zəif külək nəticəsində də elektrik təhcizatı ilə təminatda günlərlə fasilələr yaranır. 85 yaşayış məntəqəsindən yalnız 23-ündə elektrik təsərrüfatı qismən yenidən qurulmuş, qalan yaşayış məntəqələrində əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır.