Goranboyda əkin sahələrinin suvarma suyu təminatı diqqətdə saxlanılır.
10 fevral 2022 | 00:58
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, aidiyyəti xidmət sahələrinin rəhbərləri və məsul şəxslərlə birgə, Kürəkçayın Yolqulular kəndi ərazisində mövcud olan və rayonun Yolqulular, Xoylu, Qaradağlı, Şadılı, Nadirkənd, Borsunlu və Qazanbulaq ərazilərinin suvarma suyuna olan tələbatını təmin edən hidrotexniki qurğuların cari vəziyyəti və mövcud su ehtiyyatları ilə yerində tanış oldu. İcra Başçısı mövcud su ehtiyyatlarından səmərəli və növbəli istifadə olunması, hidrotexniki qurğuların, su kanal və arxlarının vaxtında təmir və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı, aidiyyəti xidmət sahəsi rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.