Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır.
30 iyul 2023 | 10:21
“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə Xoylu, Qaradağlı, Yolqullar, Şadılı, Nizami, Dəyirmanlar, Baxçakürd, Düzqışlaq, Quşçular, Fəxralı və Alpout kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri əhatə edən mobil qrupun növbəti iclası Qaradağlı kəndində keçirildi.