Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır.

25 iyul 2023 | 11:44

“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı,  rayon İcra Hakimiyyəti Başçısının  müvafiq Sərəncamının icrası məqsədi ilə  Goranboy şəhəri, Abbasqulular, Şahməmmədli, Qarasüleymanlı  və İrəvanlı kəndlərini əhatə edən mobil qrupun, Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində  növbəti səyyar iclası keçirildi. Bir qrup su istifadəçiləri ilə söhbət aparan mobil qrup üzvləri, mövcud su ehtiyyatlarından səmərəli və növbəlilik əsasında istifadə etməklə, əkin sahələrinin suvarma suyu təminatı ilə bağlı müzakirələr apardılar.

Keçidlər