Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Səfikürd kəndindən fermer Arzu İsmayılovun rayon İcra Hakimiyyətində qəbulu zamanı etdiyi müraciəti əsasında, vaxtı ilə Hacallı, Tatarlı və Səfikürd kəndlərində əkin sahələrinin suvarılmasını təmin edən və mənbəyini Sərsəng su anbarından götürən İncəçay çayı ilə qidalanan Tap-Hacallı-Səfikürd su arxının keçdiyi ərazilərdə monitorinq apardı. Məlumat üçün bildiririk ki, qeyd olunan kəndlərdə 2 min hektara yaxın əkin sahələrinin suvarma suyu təminatını yaxşılaşdıran həmin su arxı 1-ci Qarabağ müharibəsi zamanı yararsız vəziyyətə salınmışdır. Su arxının bərpası üçün ərazilərdə müvafiq texnikalardan istifadə olunmaqla əsaslı əməli tədbirlərin aparılmasına ehtiyac vardır. Lakin, həmin su arxının 44 Günlük Vətən Müharibəsi öncəsi düşmənlə təmas xəttində yerləşən Tap və Tap Qaraqoyunlu kəndlərinin müəyyən ərazilərinə düşməsi və həmin ərazilərin erməni silahlı birləşmələri tərəfindən minalanması həmin ərazilərdə bərpa işlərinin aparılmasına manelər yaradır. İşğaldan azad edilmiş ərazilərdə minalanmış sahələrin təmizlənməsi prossesi başa çatdıqdan sonra, həmin su arxının da bərpası işlərinin aparrılması mümkün olacaqdır. Həmin kəndlərdə əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə mövcud ehtiyyat və alternativ su resurslarından səmərəli istifadə olunması, həmçinin Naftalan şəhərini içməli su ilə təmin edilməsi üçün nəzərdə tutlan 6 ədəd subartezian quyusunun və mənbəyini Murovdağdan götürən Yuxarı Ağcakənd–Goranboy içməli su kəmərindən Naftalan şəhərinə çəkilmiş xəttin təhcizatının təmin edilməsi ilə bağlı, İcra Başçısı aidiyyəti məsul şəxslər, mütəxəssislər və yerli fermerlərlə birgə məsləhətləşmələr apardı, problemlərin müsbət həlli istiqamətində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.