Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır. Bu məqsədlə, Qızılhacılı qəsəbəsində iclas keçirildi.
12 aprel 2023 | 10:08
“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə Qızılhacılı qəsəbə, Nərimanlı, Balakürd, Boluslu, Yeniyol, Xan Qərvənd, Əlirzalı və Tap Qaraqoyunlu kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri əhatə edən mobil qrupun Qızılhacılı qəsəbəsində ilkin iclası keçirildi.