Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır. Bu məqsədlə, növbəti iclas Borsunlu kəndində keçirildi.

26 iyul 2023 | 09:24

“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı,  rayon İcra Hakimiyyəti Başçısının  müvafiq Sərəncamının icrası məqsədi ilə Qazanbulaq qəsəbə, Borsunlu, Nadirkənd, Goranlı, Qazançı, Qırıxlı, Qaramusalı, Muzdurlar, Yolpaq, Kəhrizli və Səmədabad kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri əhatə edən mobil qrupun növbəti iclası  Borsunlu kəndində  keçirildi. İclasda, Qazanbulaq qəsəbəsi, Borsunlu və Nadirkənd kəndlərinin bir qrup su istifadəçilərinin mövcud problemləri dinlənildi.

Keçidlər