Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, fermerlərin çoxsaylı müraciətləri əsasında, Goranboy rayonunun digər rəhbər şəxsləri, Tərtər RİH-nin məsul əməkdaşları və Goranboy, Tərtər rayonlarının Suvarma Sistemləri idarələrinin rəhbər şəxsləri ilə birgə, Sol Sahil Tərtər Kanalına yerində baxış keçirdilər. Mənbəyini Suqovuşan Su Anbarından götürən və Goranboy rayonun Xan Qərvənd, Əlirzalı, Yeniyol, Təklə, Aşağı Ballıqaya kəndlərinin və Qızılhacılı qəsəbəsinin əkin sahələrinin suvarılma suyu ilə təminatında mühim əhəmiyyətə malik Kanalın fəaliyyətinin bərpa olunması, suvarma suyunun davamlı təminatı və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyəti məsul şəxslərlə məsləhətləşmələr aparıldı.