Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır.
07 sentyabr 2023 | 10:42
“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə mobil qruplar tərəfindən Aşağı Ballıqaya və Bəşirli kəndlərində iclaslar keçirildi. İclaslarda, növbəlilik qrafikinə əməl olunması, sudan səmərəli istifadə və su itkilərinin qarşısının alınması məqsədi ilə arxların lil və kol-kosdan təmizlənməsinin təmin olunması ilə bağlı, söhbətlər aparıldı.