Goranboyda, əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi nəzarətdə saxlanılır.
29 iyul 2023 | 09:24
“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbə, Səfikürd, Tatarlı, Qarqucaq, Zeyvə, Şəfəq, Qaraçinar, Rəhimli, Veyislı, Gürzalılar, Todan, Erkəc, Mənəşli, Buzluq və Rus Borisi kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri əhatə edən mobil qrupun növbəti iclası Rəhimli kəndində keçirildi.