Goranboyda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Balakürd və Yenikənd kəndlərində su arxlarının lil və kol-kosdan təmizlənməsi işləri aparılır.
02 avqust 2023 | 15:55
Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə yaradılmış mobil qrupların yerlərdə su istifadəçiləri ilə keçirdiyi mütəmadi görüşlərdə edilən müraciətlər əsasında, rayonun Balakürd və Yenikənd kəndləri ərazisində, Suvarma Sistemləri İdarəsi tərəfindən su arxlarının lil və kol-kosdan təmizlənməsi işləri aparılır.