Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun sağlam həyat tərzi və davranış risk amilləri vəziyyətinin qiymətləndirilməsilə bağlı, tədbirlər keçirildi.

05 fevral 2025 | 16:02

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nomrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.4. bəndinə uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyətinin və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətinin müntəzəm monitorinqi və qiymətləndirilməsi” ilə əlaqədar, "Sağlam həyat, sağlam gənclik" və “Narkomaniyaya yox deyək” mövzularında rayonun müxtəlif auditoriyalarında görüşlər keçirildi. Görüşlərdə, zərərli vərdişlərin insan sağlamlığına və psixologiyasina vurduğu zərərlərdən, həmçinin hüquqi baxımdan vətəndaşların zərərli maddələrdən istifadə etdiyi zaman yaranan məsuliyyətlərlə (cinayət, inzibati və s.) bağlı ətraflı məlumatlar verildi, istirakçıları maraqlandıran suallar cavablandırıldı. Eyni zamanda gənclərin və bütün yaş kateqoriyalarında olan əhalinin sağlam həyat tərzini saxlamaları üçün rayonumuzda olan mövcud infrastrukturlardan ( Olimpiya İdman Kompleksi, müasir üslubda abadlaşmış parklarımız, Gənclər evi və s.) geniş söhbətlər aparılmışdır. Qeyd olunan tədbirlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər